Türkiyə millisinin üzvü Almaniya klubundan ayrıldıbackend

Türkiyəli futbolçu Kenan Karaman Almaniyanın Fortuna klubundan ayrılıb.

Sportfan.az  xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu tvitter hesabında məlumat yayıb. O, 2018-ci ildən çıxış etdiyi Fortuna-dan ayrıldığını açıqlayıb.

Son mövsümdə Düsseldorf təmsilçisi ilə 2-ci Bundesliqada 28 oyunda 7 qol vuran Kenanla Türkiyənin Galatasaray klubu maraqlanır.

Kenan Karaman Türkiyə milli komandasına da dəvət alır.