Türkiyə millisinin üzvü “Fənərbaxça”dan ayrıldıbackend

“Fənərbaxça” futbolçusu Hasan Ali Kaldırımla yollarını ayırıb.

Sportfan.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. Bu oyunçu barədə öz sosial media hesablarında məlumat yayıb. O, klub rəhbərliyinə, məşqçilərə, azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edib.Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan H.A.Kaldırım “Fənərbaxça”ya 2012-ci ildə “Kayserispor”dan keçmişdi.