Türkiyəli futbolçu vəfat etdibackend

Türkiyənin 3-cü liqasında çıxış edən “Somaspor”un futbolçusu Melih Vardar dünyasını dəyişib.

Sportfan.az Türkiyə  mətbuatına istinadən xəbər verir ki, iki gün əvvəl İzmirdə avtomobil qəzası keçirən 27 yaşlı hücumçu xəstəxanada vəfat edib.

Reanimasiyada olan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.