Türkiyəli hücumçu Azərbaycan millisində- oynamqdan imtina etdibackend

AFFA Almaniyanın “Darmştadt” klubunun hücumçusu Sərdar Dursunu Azərbaycan millisinə dəvət edib.

Sportfan.az xəbər verir ki, bunu 29 yaşlı forvard özü “Hürriyət”ə açıqlamasında deyib.

O, Türkiyənin əsas millisində oynamaq üçün bu təklifdən imtina etdiyini bildirib: “Azərbaycan millisində oynamaq üçün təklif almışam. Görüşümüz olub. Yığma komandalarında məni görmək istədiklərini dedilər. Amma mən Türkiyənin əsas millisində oynamaq istədiyimi bildirdim”.

Qeyd edək ki, Sərdar Dursun 2018-ci ildən 2-ci Bundesliqa təmsilçisində çıxış edir.