UEFA Avropa Liqası yenidən bərpa olunurbackend

Koronavirus pandemiyası səbəbindən martda yarımçıq dayanadırılmış UEFA Avropa Liqası bu gün qaldığı yerdən start götürəcək.

SPORTFAN.AZ xəbər verir ki, ilk oyun günündə 4 matç keçiriləcək.

4 cütlükdən 3-ü cavab matçlarına çıxacaq.

İlk oyunda Türkiyədə Danimarka “Kopenhagen”ini minimal hesabla məğlub etmiş “Başakşehir” səfərdə üstünlüyünü qorumağa çalışacaq.

Donetsk “Şaxtyor”u Almaniyada məğlub etdiyi “Volfsburq”la bu dəfə Ukraynada qarşılaşacaq. Bu iki görüş Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.

Gecənin digər matçında “Mançester Yunayted” İngiltərədə Avstriya təmsilçisi LASK-ı qəbul edəcək. Səfərdə rəqibin qapısından 5 cavabsız top keçirmiş “qırmızı şeytanlar” 1/4 finala vəsiqənin taleyini böyük ölçüdə həll ediblər.

1/8 final mərhələsinin “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) matçı isə neytral meydanda olacaq. Bu komandalar arasındakı ilk oyun baş tutmadığından, qalib Almaniyada 1 görüşlə müəyyənləşəcək.

Qeyd edək ki, bu mərhələnin digər 4 oyunu avqustun 5-də olacaq.