UEFA İbrahimoviçi cəzalandırdıbackend

UEFA Milan-ın futbolçusu Zlatan İbrahimoviçi 50 min avro məbləğində cərimələyib.

Sportfan.az xəbər verir ki, buna onun mərc oyunları biznesi ilə əlaqəsinin olması səbəb olub. UEFA Apellyasiya Komitəsinin sədri İbrahimoviçin bukmeyker kontoru ilə əlaqəsinə son verilməsini əmr edib. Milan-a isə xəbərdarlıq edilib və 25 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, 39 yaşlı forvard 2018-ci ildən özünə məxsus Unknown AB şirkəti vasitəsilə Bethard bukmeyker kontorunun səhmlərinin 10 faizinə yiyələnib. Məlumat şirkət tərəfindən də təsdiqlənib. Bu bəndə görə mərc oyunları ilə əlaqəsi olan futbolçular bu UEFA və FİFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. İbrahimoviç isə Milan-la Avropa Liqasında, yığmanın heyətində isə DÇ-2022-nin seçmə mərhələsində oynamaqla əsasnaməni pozub.