UEFA yeni turnirin kubokunu təqdim etdibackend

UEFA 2021/2022 mövsümündən keçiriləcək Konfrans Liqasının kubokunu təqdim edib.

Sportfan.az xəbər verir ki, kubokun hündürlüyü 57,5 santimetrdir.

Çəkisi 11 kq olan mükafat iştirakçı komandaların sayına uyğun olaraq 32 altıbucaqlı lövhədən ibarətdir.

Qeyd edək ki, yeni turnirdə 55 milli assosiasiyadan ümumilikdə 184 komanda iştirak edəcək.