Ulduz futbolçu karyerasını bitirdibackend

Hertha klubunun futbolçusu Sami Kxedira mövsümün sonunda karyerasını bitirəcək.

sportfan.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 34 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda klubdan ayrılacağı və karyerasını bitirəcəyi bildirilib.

Kxedira karyerası ərzində Hertha-dan başqa, Almaniyada Stuttgart, İspaniyada Real Madrid, İtaliyada Juventus kimi klublarda çıxış edib. Yarımmüdafiəçi Almaniya millisi ilə 77 oyuna çıxıb.