Unay Emeri- La Liqadabackend

İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Unay Emerinin yeni iş yeri müəyyənləşib.

Sportfan.az “Marca”ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis İspaniya “Vilyarreal”ının baş məşqçisi olacaq.

İspaniyalı baş məşqçi ilə müqavilənin detalları razılaşdırılıb. Tezliklə sözləşmənin imzalanacağı gözlənilir. Emeri bu postda Xavyer Kalyexanı əvəzləyəcək.

Qeyd edək ki, Unay Emeri 2018/2019 mövsümündə “Arsenal”da işləyib. O daha əvvəl İspaniyada “Sevilya”nın baş məşqçisi olub və bu komanda ilə 3 dəfə Avropa Liqasını qazanıb. Emeri 2019-cu ildə “Arsenal”la Bakıda keçirilmiş Avropa Liqasının finalında Londonun digər klubu “Çelsi”yə 1:4 hesabı ilə uduzub.