“Valensiya” evdə, “Betis” səfərdə qələbə qazandı- La Liqabackend

İspaniya La Liqasında I turun növbəti oyunları keçirilib.

Sportfan.az xəbər verir ki, ikinci oyun gününün 6 matçından dördü baş tutub.

“Betis” mövsümə “Alaves” üzərində səfər qələbəsi ilə başlayıb. “Valyadolid” – “Real-Sosyedad” və “Vilyarreal” – “Ueska” görüşlərində heç-heçə qeydə alınıb.

Günün ən məhsuldar oyununda “Valensiya” “Levante”ni qəbul edib. 6 qolun vurulduğu qarşılaşmada “yarasalar” əzmkar qələbə qazanıb.

Qeyd edək ki, II tura sentyabrın 18-də start veriləcək.

İspaniya La Liqası
I tur
13 sentyabr
“Alaves” – “Betis” – 0:1

Tello, 90
“Barselona” – “Elçe” – təxirə salınıb
“Valyadolid” – “Real-Sosyedad” – 1:1
Errero, 39 – Lopez, 60
“Real” – “Xetafe” – təxirə salınıb
“Vilyarreal” – “Ueska” – 1:1
Moreno, 68 (pen.) – Maffeo, 42
“Valensiya” – “Levante” – 4:2Paulista, 12, Qomes, 39, Valyexo, 75 – Morales, 1, 36