Van Bommel Bundesliqa klubunun baş məşqçisi oldubackend

Wolfsburg klubunun yeni baş məşqçisi açıqlanıb.

Sportfan.az  xəbər verir ki, komanda Mark van Bommelə tapşırılıb.

44 yaşlı niderlandlı mütəxəssisin müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.

Qeyd edək ki, Wolfsburg 2020/2021 mövsümündə Bundesliqanı 61 xalla 4-cü sırada bitirib. Van Bommel son olaraq 2018-2019-cü ildə ölkəsinin PSV komandasının baş məşqçisi olub.