Varan gələcək karyerasıyla bağlı qərarını verdibackend

Real Madrid-in futbolçusu Rafael Varan klubla müqaviləsini yeniləmək istəmir.

Sportfan.az xəbər verir ki, 27 yaşlı müdafiəçi yay transfer pəncərəsi dövründə klubu tərk etmək niyyətindədir.

Varan karyerasını İngiltərədə – Manchester United-da davam etdirmək istəyir. Real müdafiəçisini 70 milyon avroya satmağa razıdır.

Varanın Real-la müqaviləsi 2022-ci ilin yayına qədərdir.