Vedat Muriki “Latsio”dabackend

“Fənərbaxça”nın futbolçusu Vedat Muriki karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Sportfan.az “Sky İtalia”ya istinadən xəbər verir ki, 26 yaşlı hücumçu “Latsio” ilə razılaşıb. A Seriya təmsilçisi Muriki ilə 5 illik müqavilə imzalamağa hazırlaşır. “Latsio” bu transferə görə İstanbul klubuna 20 milyon avro ödəyəcək.

Qeyd edək ki, V.Muriki “Fənərbaxça”ya ötən il “Çaykur Rizəspor”dan keçib. O, geridə qalan mövsüm 36 matça çıxaraq, 17 qol vurub və 6 qolun ötürməsini verib.