Venger Niderland millisini çalışdıra bilərbackend

“Arsenal”ın sabiq çalışdırıcısı Arsen Venger Niderland millisinin baş məşqçisi təyin oluna bilər.

Sportfan.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın hazırkı çalışdırıcısı Ronald Kuman “Barselona”ya keçəcəyi təqdirdə, bu, baş verəcək. Bildirilib ki, fransalı mütəxəssis millidə işləməyə hazırdır.

Qeyd edək ki, Kataloniya təmsilçisi R.Kumanla danışıqlar apardığını təsdiqləyib.

Xatırladaq ki, Venger 1996-2018-ci illərdə “Arsenal”ın baş məşqçisi olub.