Vertongenə3 milyonluq təklif – “Roma”danbackend

İngiltərənin “Tottenhem” klubundan ayrılan Yan Vertongen karyerasını İtaliyada davam etdirə bilər.

Sportfan.az xəbər verir ki, belçikalı müdafiəçi “Roma”nın maraq dairəsinə düşüb.

İtaliya A seriyası təmsilçisi 33 yaşlı futbolçu ilə danışıqlar aparır. Vertongenə sonradan uzadılmaq şərtilə 2 illik müqavilə təklif olunub. Romanın eyniadlı təmsilçisi müdafiəçiyə ildə 3 milyon avro maaş vermək niyyətindədir.

Qeyd edək ki, Vertongen 2012-2020-ci illərdə “Tottenhem”in formasını geyinib.