Vidalın “İnter”ə keçidi rəsmiləşdibackend

“Barselona”dan ayrılan Arturo Vidalın “İnter”ə keçidi rəsmiləşib.

Sportfan.az Milan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ötən gecə İtaliyaya yollanaraq tibbi müayinədən keçib və 2+1 illik müqaviləyə qol çəkib.

Bu transferə görə “İnter”in Kataloniya təmsilçisinə 1 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Arturo Vidal “Barselona”ya 2018-ci ildə “Bavariya”dan keçib.