Villian Borqeşin yeni klubu bəlli oldubackend

“Çelsi”nin ulduz futbolçusu Villian Borqeşin yeni klubu məlum olub.

Sportfan.az  “ESPN” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı “sambaçı” Londonun digər təmsilçisi “Arsenal”la anlaşıb.

Məlumata görə, vinqer razılaşmaya əsasən həftəsinə 100 000 funt sterlinq qazanacaq. Transferin bu günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Villian 2013-cü ildən “Çelsi”də çıxış edir.