Villianla razılığa gələ bilmir- “Çelsi”backend

“Çelsi” futbolçusu Villianla yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.

Sportfan.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi klubu ilə ən azı 3 illik müqavilə bağlamaq istəyir. London təmsilçisi isə onun sözləşməsini 2 illik uzatmağa qərar verib.

Avqustun sonunda “Çelsi” ilə sözləşməsi başa çatacaq 31 yaşlı futbolçunun Londonda qalmaq istədiyi və buna görə də “Arsenal” və ya “Tottenhem”dən gələn təklifləri nəzərdə keçirəcəyi bildirilir. Onunla “Barselona” da maraqlanır.

Qeyd edək ki, Villian 2013-cü ildən “Çelsi”nin formasını geyinir. O, bu mövsüm ümumilikdə 47 matça çıxaraq 11 qol vurub və 9 qolun ötürməsini verib.