“Vilyarreal”dan qələbə, “Valensiya” səfərdə məğlub oldubackend

İspaniya La Liqasında II tura start verilib.

Sportfan.az saytının məlumatına görə, ilk görüşdə “Vilyarreal” “Eybar”ı qəbul edib.

Bütün qolların ikinci hissədə vurulduğu qarşılaşmada meydan sahibləri əzmkar qələbəyə seviniblər.

“Xetafe” – “Osasuna” matçının taleyini 1 top həll edib. Xayme Mata “Xetafe”yə ilk xallarını qazandırıb.

Mövsümə qələbə ilə başlayan “Valensiya” Viqo səfərində “Selta”ya yenilib.

Turun digər oyunları sentyabrın 20-də keçiriləcək.

İspaniya La Liqası
II tur
19 sentyabr
“Vilyarreal” – “Eybar” – 2:1

Moreno, 63, Alkaser, 71 – Kike, 50
“Xetafe” – “Osasuna” – 1:0
Mata, 54
“Selta” – “Valensiya” – 2:1
Aspas, 13, 57 – Maksimiliano Qomes, 46