“Volfsburq”un müdafiəçisi “Fənərbaxça”da- RƏSMİbackend

“Fənərbaxça” növbəti transferini rəsmiləşdirib.

Sportfan.az klubun rəsmi saytına xəbər verir ki, Superliqa təmsilçisi “Volfsburq”un konqolu müdafiəçisi Marsel Tisserandı heyətinə qatıb. 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, karyerası ərzində “Monako”, “Lans”, “Tuluza” və “İnqolştadt”da çıxış edən Tisserand 2017-ci ildən “Volfsburq”da oynayırdı.