“Vulverhempton”u Avropa Liqasından kənarda qaldıbackend

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərənin “Vulverhempton” klubu 2020/2021 mövsümü üçün Avropa Liqasına vəsiqə şansını itirib.

Sportfan.az-ın məlumatına görə, buna “Arsenal”ın İngiltərə Kubokunun finalında “Çelsi” üzərində 2:1 hesablı qələbəsi səbəb olub.

Derbidə “topçular” qalib gəlməsəydi, qitə miqyaslı yarışa “Vulverhempton” yollanacaqdı. Çünki Dadaşovun komandası Premyer Liqanı “Arsenal”dan bir pillə öndə – 7-ci yerdə başa vurmuşdu. 6-cı yeri tutan “Tottenhem” isə birbaşa qrupdan yox, təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

“Vulverhempton” hazırkı Avropa Liqasının qalibi ola bilsə, gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək.