“Xavi gec-tez baş məşqçimiz olacaq”- Jozep Bartomeubackend

İspaniyanın “Barselona” klubunun prezidenti Jozep Bartomeu İspaniya yığmasının sabiq futbolçusu Xavi Ernandesin komandanın baş məşqçisi olacağına dair iddialara münasibət bildirib.

Sportfan.az İspaniya mətbuatına  istinadən xəbər verir ki, funksioner hazırda baş məşqçi axtarmadıqlarını söyləyib. Bartomeu Xavinin gec-tez “Barselona”nın baş məşqçisi olacağını deyib: “Kike Setyen Çempionlar Liqasında və La Liqada qalan matçlarda yanımızda olacaq. Onunla olan müqavilə şərtlərini yerinə yetirmək niyyətindəyik”.

Qeyd edək ki, Xavi Ernandes 1998 – 2015-ci illərdə “Barselona”nın formasını geyinib. İspaniya millisinin sabiq üzvü klubla müxtəlif titulların sahibi olub. O, hazırda Qətərin “Əl Sədd” komandasının baş məşqçisidir və klubu Xavi ilə sözləşməni 2020/21 mövsümünün sonuna qədər uzadıb.