XXI əsrdə ən çox finala yüksələn komanda- “Sevilya”backend

İspaniyanın “Sevilya” komandası XXI əsrdə avrokubokların finalına ən çox vəsiqə qazanan komanda olub.

Sportfan.az “Time24.News”a istinadən xəbər verir ki, əndəlusiyalılar buna UEFA Avropa Liqasının yarımfinalında İngiltərə “Mançester Yunayted”ini 2:1 hesabı ilə məğlub etdikləri görüşdə yiyələnib.

“Sevilya” 2006 – 2016-cı illərdə beş dəfə Avropa Liqasının, eyni sayda UEFA Super Kubokunun finalında oynayıb.

Komanda bunadək 2002, 2014, 2016, 2017 və 2018-cı illərdə UEFA Çempionlar Liqasını qazanan “Real Madrid”lə eyni pilləni bölüşüb. Madrid təmsilçisi həmin illərdə UEFA Super Kubokunda da mübariazə aparıb.

2000/2001 mövsümündən bəri İngiltərə “Liverpul”u qitə finallarında ən çox iştirak edən üçüncü klubdur. Mersisayd təmsilçisi 4 dəfə Çempionlar Liqasının, iki dəfə Avropa Liqasının, 3 dəfə isə UEFA Super Kubokunun finalında oynayıb.

İspaniyanın iki klubu – “Barselona” və “Atletiko” avrokuboklarda hərəyə 8 dəfə finalda çıxış ediblər.

Qeyd edək ki, “Sevilya” avqustun 21-də Avropa Liqasının finalında “İnter” (İtaliya) – “Şaxtyor” (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.