XXI əsrin ən uğursuz mövsümü – “Arsenal” üçünbackend

İngiltərə Premyer Liqasının XXXVII turunda “Aston Villa”ya məğlub olan “Arsenal” (0:1) mövsümü 8-ci pillədən yuxarıda bitirmək şansını əldən verib.

Sportfan.az xəbər verir ki, bu, London klubunun XXI əsrdə ən uğursuz mövsümü olub.

“Topçular”ın buna qədər ən uğursuz nəticəsi 1994/95 mövsümündə 12-ci yeri tutması idi. Komanda son turda qalib gəlsə belə, ən yaxşı halda 8-ci yerdə qərarlaşacaq.