Yalnız bu yolla çempion olacağlarını düşünür- Antonio Kontebackend

“İnter”in baş məşqçisi Antonio Konte mövsümün sonunda heyətin gücləndirilməsini istəyir.

Sportfan.az xəbər verir ki, təcrübəli mütəxəssis transferlər üçün büdcə ayrılmasını tələb edib.

O, yay fasiləsində transferlərə ən azı 180 milyon avro xərclənməsini istəyib. Konte yalnız bu yolla A seriyasında çempionluq uğrunda mübarizə apara biləcəklərini düşünür. Digər tərəfdən isə rəhbərlik Konteni istefaya göndərib, Massimiliano Alleqrini baş məşqçi postuna gətirməyi düşünür.

Qeyd edək ki, İtaliya A seriyasında 31 turdan sonra “İnter” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.