Yan Oblak Atletico-nun tarixinə keçdibackend

İspaniya La Liqasının son turunda Real Valladolid-lə səfərdə keçirilən oyun (2:1) Atletico-nun qapıçısı Yan Oblak üçün əlamətdar olub.

Sportfan.az xəbər verir ki, çempionlu qarşılaşması 28 yaşlı qolkiperin madridlilərin heyətində 303-cü matçı olub.

Bununla da Sloveniya millisinin üzvü Atletico-nun heyətində ən çox oyun keçirən qapıçı adına şərik olub. O, həmkarı Abel Resinonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, Yan Oblak 2014-cü ildən Atletico-da çıxış edir.