Yan Vertongen “Benfika”dabackend

Belçika millisinin futbolçusu Yan Vertongenin yeni klubu müəyyənləşib.

Sportfan.az xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisi Portuqaliyada çıxış edəcək.

Mövsüm başa çatdıqdan sonra “Tottenhem”dən ayrılan Vertongen bundan sonra “Benfika”nın şərəfini qoruyacaq. O, azad agent statusu daşıdığından, yeni komandasına havayı başa gələcək.

Qeyd edək ki, Yan Vertongen karyerası ərzində “Ayaks”, “Valveyk” və “Tottenhem”in şərəfini qoruyub.