Yaxşı komandalar və iki canavar ilə yarışdıq- Dieqo Simeonebackend

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqada başa çatmış mövsümdə komandasının çıxışını qiymətlənidirib.

Sportfan.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, komandasının yaxşı oyun nümayiş etdirdiyini deyib: “İlbəil məsuliyyət və tələbar artır. Komandanın verə biləcəyi bir nəticə olmalıdır. Bəzən tənqidlər doğru olmur. Yaxşı komandalar və iki canavar ilə yarışırıq. Mövsüm yenidən bərpa olduqdan sonra 7 oyunda qalib gəldik, 4-də heç-heçə etdik. “Real” 10 qələbə qazandı və bir heç-heçə etdi”.

Qeyd edək ki, “Atletiko” cari mövsümü 3-cü pillədə başa vurub. “Real” 1-ci, “Barselona” 2-ci olub.