Yay transferlərinə 350 milyon avro- “Mançester Siti”dənbackend

İngiltərənin “Mançester Siti” klubunun yay transferlərinə xərcləyəcəyi məbləğ müəyyənləşib.

SPORTFAN.AZ xəbər verir ki, Premyer Liqa təmsilçisi transferlər üçün 350 milyon avro ayırıb.

Bu, komandanın heyətini ciddi şəkildə gücləndirməsinə xidmət etməlidir.Qeyd edək ki, UEFA bu ilin fevralındakı qərarı ilə Mançester klubunu Maliyyə Feyr-Pleyinə görə iki illik avrokuboklardan kənarlaşdırsa da, İngiltərə təmsilçisinin apelyasiyası təmin olunub.