Yeni klubunu açıqladı- Branislav İvanoviçbackend

“Zenit”dən ayrılan Branislav İvanoviç yenidən İngiltərədə çıxış edəcək.

SPORTFAN.AZ xəbər verir ki, bunu 36 yaşlı müdafiəçi “The Sun”a açıqlamasında özü deyib. O, “Everton”dan yaxşı təklif aldığını və böyük ehtimalla Premyer Liqa klubuna keçəcəyini bildirib.

Qeyd edək ki, serbiyalı futbolçu 2008-2017-ci illərdə “Çelsi”də çıxış edib.