Yeni mövsümün başlayacağı tarix açıqlandı- Bundesliqadabackend

Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb.

Sportfan.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 2020/2021 mövsümündə ilk turun matçları 18 – 21 sentyabrda baş tutacaq.

DFB yeni mövsümün 11 – 14 sentyabrda ölkə kubokunun oyunları ilə başlayacağını da açıqlayıb. Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” komandasının iştirak etdiyi II Bundesliqada da ilk tur 18 – 21 sentyabrda olacaq.

Bundesliqada 2020-ci ilin son turu 18 – 21 dekabrda gerçəkləşəcək. Mövsümün gec başlaması ilə əlaqədar qış fasiləsi qısaldılacaq və matçlar yanvar ayının ilk həftəsonunda davam edəcək.

Mövsüm mayın 22-də yekunlaşacaq. Bundesliqada qalmaq üçün keçirilən pley-off görüşləri 26 və 29 mayda olacaq.

Qeyd edək ki, Bundesliqada 2019/2020 mövsümünün qalibi adını “Bavariya” qazanıb.