Yeni qapıçı tapdı – “Çelsi”backend

İngiltərənin “Çelsi” klubu heyətinə yeni qapıçı qatmağa qərar verib.

Sportfan.az xəbər verir ki, London təmsilçisi Fransanın “Renn” klubunda çıxış edən Eduard Mendi ilə razılıq əldə edib.

Futbolçu 5 illik müqavilə imzalayacaq. Qolkiper klubunu dəyişəcəyi barədə Liqa1 təmsilçisini də məlumatlandırıb.

Lakin hələlik iki klub arasında razılıq əldə edilməyib. “Renn” Mendi üçün 26 milyon avro tələb edir. “Çelsi” isə 20 milyon ödəməyə razıdır.