Yığmamız Fransaya qarşı – YENİLƏNİRbackend

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Sportfan.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində 7-ci matçına çıxacaq.

2-ci qrupda yer alan komandamız Fransa ilə görüşəcək. Hesabında 6 xal olan Milan Obradoviçin baş məşqçisi olduğu yığmamız güclü rəqibi büdrətməyə çalışacaq.

Matç Sumqayıtda keçiriləcək. “Kapital Bank Arena”dakı oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, sentyabrın 8-də qrupun daha iki oyunu keçiriləcək. Lixtenşteyn Gürcüstanı, Slovakiya İsveçrəni qəbul edəcək.

U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
2-ci qrup
7 sentyabr
21:00. Azərbaycan – Fransa

Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə)
Sumqayıt. “Kapital Bank Arena”