Yığmamız Moldova ilə üz-üzə – YENİLƏNİRbackend

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq. Sportfan.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Moldova yığmasıyla qarşılaşacaq.

Kişinyovda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Yığmamız bundan əvvəlki yoxlama oyunlarında Türkiyəyə 1:2 hesabıyla uduzub, Belarusa isə 2:1 qalib gəlib.

Yoxlama oyunu
6 iyun

20:00. Moldova – Azərbaycan
Kişinyov. “Zimbru” stadionu.