Yunanıstan klubuna keçdi- “Sumqayıt”dan ayrılan futbolçubackend

2019/2020 mövsümünün sonunda “Sumqayıt”la müqaviləsi başa çatan Əmir Ağayevin yeni klubu bəlli olub.

Sportfan.az xəbər verir ki, futbolçu karyerasını Yunanıstanda davam etdirəcək. 28 yaşlı yarımmüdafiəçi “Atromitos”la 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Əmir Ağayev “Sumqayıt”da 2019-cu ilin yanvarından çıxış edirdi.