“Yuventus” 5 futbolçusunu transferə çıxarırbackend

“Yuventus” mövsümün sonunda bir neçə futbolçusunu transferə çıxaracaq.

Sportfan.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” 5 oyunçusu ilə yollarını ayırmağı planlaşdırır.

Bunlar müdafiəçi Daniele Ruqani, yarımmüdafiəçilər Federiko Bernardeski, Sami Xedira, Blez Matuidi və hücumçu Qonsalo İquaindir. Turin təmsilçisi adıçəkilən futbolçularla bağlı təklifləri dəyərləndirməyə hazırdır. Rəhbərlik onların yerinə kollektivə gənc oyunçular cəlb etməyi niyyətindədir.

Qeyd edək ki, “Barselona”dan Artur Melonu transfer edən “Yuventus” əvəzində Miralem Pyaniçi qarşı tərəfə satıb.