“Yuventus” Belçikalı hücumçu aldıbackend

“Anderlext”in hücumçusu Samuel Mbanqula karyerasını İtaliyada davam etdirəcək.

Sportfan.az xəbər verir ki, 16 yaşlı futbolçu “Yuventus”a keçib.

Belçikanın U-17 millisinin üzvü Turin klubu ilə 3 illik müqavilə imzalayıb. Mbanqula növbəti mövsümü “qoca sinyora”nın U-17 komandasında keçirəcək.Qeyd edək ki, “Yuventus” baş məşqçi postunda dəyişiklik edərək, Mauritsio Sarrinin əvəzinə Andrea Pirlonu gətirib.