“Yuventus” Çempionlar Liqasında lənətlənib” – Sarribackend

“Yuventus”un baş məşçqisi Maurisio Sarri Çempionlar Liqasının 1/8 finalında “Lion”la  matçdan sonra fikirlərini bölüşüb.

Sportfan.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi (2:1, ilk görüşdə 0:1) qələbə qazansa da, rəqibin səfər qoluna görə turnirlə vidalaşmalı olub. 61 yaşlı mütəxəssis isə “qoca sinyora”nın lənətləndiyi üçün yarışda uğur qazana bilmədiyini düşünür:

“Bu mövsüm Çempionlar Liqasında 8 oyuna çıxmışıq. 6 maçtda qalib gəldik, 1 qarşılaşmada uduzduq, 1 görüşdə isə heç-heçə etdik. Bu turnir liqa formatında olsaydı, 19 xalla ya lider, ya da 2-ci yerdə idik. Amma bunun əvəzinə turnirdən kənarda qalmışıq.  Buna görə də inanılmaz dərəcədə məyusam. “Yuventus”un Çempionlar Liqasında lənətləndiyini anlamışam”.