“Yuventus” evdə büdrədi, “Roma”dan qalibiyyətbackend

İtaliya A seriyasının 32-ci tura start verilib.Sportfan.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

“Latsio” doğma meydanda “Sassuolo”nu qəbul edib və 1:2 hesabı ilə uduzub. “Roma” səfərdə “Breşiya”ya 3 cavabsız qolla qalib gəlib. Lider “Yuventus” isə son vaxtlar baxımlı oyunu ilə ardıcıl qələbələr qazanan “Atalanta”nı qəbul edib. Qonaqlar oyun ərzində iki dəfə hesabda irəlidə olsalar da, “Yuventus” hər ikisində penalti ilə hesabı bərabərləşdirib.