“Yuventus” mövsümə qələbə ilə start verdibackend

“Yuventus” İtaliya A seriyasında 2020/2021 mövsümündə ilk oyununu keçirib.

Sportfan.az xəbər verir ki, Turin klubu 1-ci turda “Sampdoriya”nı qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, komandanın yeni baş məşqçisi Andrea Pirlonun “Yuventus”da ilk rəsmi qələbəsi olub.

20 sentyabr

“Yuventus” – “Sampdoriya” – 3:0
Qollar
: Kulusevski, 13, Bonuççi, 78, Ronaldo, 88