İtaliya A seriyasında XXXV turun daha bir oyunu keçirilib.
Sportfan.az xəbər verir ki, lider “Yuventus” təhlükəli zonadan uzaqlaşmağa çalışan “Udineze”nin qonağı olub.
“Qoca sinyora” qalib gəlsəydi, sona 3 tur qalmış çempionluğunu təmin edəcəkdi. Lakin “Udineze” hesabda geri düşməsinə baxmayaraq, gözlənilmədən ikinci hissədə vurduğu iki qolla geridönüş edib və əzmkar qələbə qazanıb.
Qeyd edək ki, A seriyasında XXXVI turun oyunları 24-26 iyulda keçiriləcək.
İtaliya A seriyası
XXXV tur
23 iyul
“Udineze” – “Yuventus” – 2:1
Nestorovski, 52; Fofana, 90+2 – de Liqt, 42