“Yuventus” uduzdu, “Roma”səfərdə qalib gəldibackend

İtaliya A seriyasında XXXVII tur başa çatıb.

Sportfan.az-ın xəbərinə görə, turun ikinci günündə 8 oyun baş tutub.

Mükafatlar uğrunda mübarizə aparan “Latsio” B seriyasına yuvarlanan “Breşiya”nı iki qolla məğlub edib. Eyni taleyi yaşayan “Spal” isə “Verona”ya böyük hesabla uduzub.

Genuya təmsilçiləri də darmadağına üzülüb. “Sampdoriya” evdə “Milan”a, “Cenoa” səfərdə “Sassuolo”ya uduzub. Hər iki matçda 5 qol vurulub.

Turinin də hər iki komandası xalsız qalıb. Çempion “Yuventus” səfərdə “Kalyari”yə, “Torino” evdə “Roma”ya yenilib.

“Bolonya”nı qəbul edən “Fiorentina” ikinci hissədəki qollarla aktivinə 3 xal yazıb. “Leççe” isə “Udineze”ni məğlub etməyi bacarıb.

Qeyd edək ki, A seriyasında sonuncu – XXXVIII turun matçları avqustun 1-2-də keçiriləcək.

İtaliya A seriyası
XXXVII tur
29 iyul
“Verona” – “Spal” – 3:0

Di Kamine, 7, 11, Faraoni, 47
“Latsio” – “Breşiya” – 2:0
Korrea, 17, İmmobile, 82
“Sampdoriya” – “Milan” – 1:4
Askildsen, 87 – İbrahimoviç, 4, 58, Çalhanoğlu, 52, Leao, 90
“Sassuolo” – “Cenoa” – 5:0
Traore, 26, Berardi, 40, Kaputo, 68, 77, Raspadori, 74
“Udineze” – “Leççe” – 1:2
Samir, 36 – Mankosu, 40, Lapadula, 81
“Kalyari” – “Yuventus” – 2:0
Qalyano, 8, Simeone, 45
“Fiorentina” – “Bolonya” – 4:0
Kyeza, 48, 54, 89, Milenkoviç,74
“Torino” – “Roma” – 2:3
Berenquer, 14, Sinqo, 66 – Dzeko, 16, Smollinq, 23, Diavara, 61 (pen)