“Yuventus”da tibbi müayinədən keçdi- Moratabackend

“Atletiko”nun futbolçusu Alvaro Moratanın “Yuventus”a qayıdışı rəsmiləşmək üzrədir.

Sportfan.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ispan hücumçu Turin klubunda tibbi müayinədən keçib. Onunla yaxın vaxtlarda müqavilə imzalacağı gözlənilir.

Qeyd edək ki, A seriyası təmsilçisinin 27 yaşlı oyunçunu icarəyə götürəcəyi bildirilir. Ancaq klub mövsümünün sonuna onu birdəfəlik almaq hüququna malik olacaq.

Xatırladaq ki, Morata 2014-2016-cı illərdə “Yuventus”a oynayıb. O, bu müddətdə 93 matçda 27 qol vurub, 18 qolun ötürməsini verib.