“Yuventus”la  “Latsio” xal itirdi- A seriyasındabackend

İtaliya A seriyasında XXXIII turun mübarizəsi davam edir.

Sportfan.az xəbər verir ki, bu gün 7 qarşılaşma baş tutub.

“Milan” öz meydanında “Parma”nı məğlub edibsə, “Napoli” “Bolonya” səfərində qələbəni son dəqiqələrdə əldən verib.

“Roma” paytaxtda “Verona”ya qalib gəlib.

Lider “Yuventus” “Sassuolo” səfərində büdrəsə də, “Latsio” onunla xal fərqini azaltmaq şansını dəyərləndirə bilməyib.Bu nəticələrdən sonra “Yuventus” 77 xalla liderliyini qoruyur. “Atalanta” 70 xalla 2-ci, “Latsio” 69 xalla 3-cü, “İnter” 68 xalla 4-cü, “Roma” 57 xalla 5-ci, “Napoli” 53 xalla 6-cı, eyni xalı olan “Milan” 7-cidir.