“Yuventus”la məşqə çıxmaq istərdim- Rafael Ağayevbackend

“1994-cü ildən “Yuventus” azarkeşiyəm. O vaxtdan oyunlarını izləyirəm. Hətta oyun alverinə görə B Seriyasına düşəndə belə, komandaya sadiq qaldım”.

Sportfan.az xəbər verir ki, bu fikirləri Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev “report”un “Instagram” səhifəsində canlı yayımda deyib.

O bildirib ki, Turin klubunu kiməsə görə sevməyib: “Milli komandalardan isə İtaliyaya azarkeşlik edirəm. Futbolu Roberto Bacconu görüb sevmişəm. “Yuventus”a isə özünə görə azarkeşlik edirəm”.

Ağayev nə vaxtsa “Yuventus”la məşqə çıxmaq istədiyini söyləyib: “Mütləq Turinə gedəcəyəm. İtaliyanı, xalqını çox sevirəm”