“Yuventus”un qapıçısı  “Cenoa”dabackend

İtaliyanın “Yuventus” klubu qapıçısı Mattia Perinlə bağlı qərarını verib.

Sportfan.az xəbər verir ki, qolkiper yenidən icarəyə göndərilib.

27 yaşlı qapıçı icarə əsasında “Cenoa”ya keçib. O, növbəti mövsüm Genuya təmsilçisində çıxış edəcək.Qeyd edək ki, 2018-ci ilin yayında “Cenoa”dan transfer olunan Perin 2019/20 mövsümünü də icarə əsasında sabiq komandasında keçirib.