“Yuventus”un yeni transferi qəza törətdi- İçkili vəziyyətdəbackend

Bu yaxınlarda “Barselona”nı tərk edərək “Yuventus”a keçən Arturo Melo qəzaya düşüb.

Sportfan.az “Diari de Girona”ya istinadən xəbər verir ki, hadisə bir gün əvvəl təxminən səhər saat 4-də İspaniyanın  Palafrugell şəhərində baş verib. Braziliyalı yarımmüdafiəçinin idarə etdiyi “Ferrari” markalı avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb.  Hadisə zamanı nə Artur, nə də avtomobildəki sərnişinlər xəsarət alıb.

24 yaşlı futbolçunun həddindən artıq spirtli içkil qəbul etməsindən şübhələnən yerli polis onun analizdən keçməsini tələb edib. Analizin nəticəsinə əsasən, Arturun qanında normadan artıq alkoqol olduğu müəyyənləşib.