“Zamanla qərarımı verəcəm” – Robertsonbackend

Liverpool-un futbolçusu Endru Robertson açıqlama verib.

Sportfan.az xəbər verir ki, Goal-a nəşrinə danışan şotland müdafiəçi, karyerasını Mersisayd təmsilçisində bitirmək istədiyini deyib:

“Mənə tez-tez bu sualı verirlər. Məqsədim karyeramı Liverpool-da bitirməkdir. Lakin uzun müddət yüksək səviyyədə oynamağın çətin olduğunu da bilirəm.

Klubla uzunmüddətli müqaviləm var və burda qalmaq istərdim. Zamanla qərarımı verəcəm. Gələcəkdə çox şey dəyişə bilər, lakin mən indi harda oynayıramsa, orda da karyeramı bitirmək istəyirəm”.

Qeyd edək ki, Robertsonun Liverpool-la müqaviləsi 2024-cü ilin yayına qədərdir.