Zamora kubokunu qazandı- “Real”ın qapıçısıbackend

“Real”ın qapıçısı Tibo Kurtua Zamora kubokunun qalibi olub.

Sportfan.az xəbər verir ki, belçikalı qolkiper La Liqanın başa çatan 2019/20 mövsümündə ən az qol buraxmaqla buna nail olub.

O, iştirak etdiyi 34 oyunda 20 qol buraxaraq, Yan Oblakla (“Atletiko”) Unai Simonu (“Atletik”) qabaqlayıb. Kurtua 18 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.