“Zirə” yeni təyinat rəsmiləşib.
Sportfan.az xəbər verir ki, bu barədə klubun Feysbuk səhifəsində məlumat yayılıb. Zaur Həşimovun “Zirə” Futbol Akademiyasına koordinator təyin edildiyi bildirilib.
Qeyd edək ki, Zaur Həşimov UEFA-nın PRO kateqoriyalı məşqçi lisenziyasına sahibdir.
Xatırladaq ki, Z.Həşimov ötən il əvvəlcə “Qəbələ”də, daha sonra isə “Zirə”də baş məşqçi vəzifəsini icra edib.